Css dəki flexbox elementləri horizontal və ya vertical sıralamağa kömək edən modern css layoutlarından biridir.
Niyə Flexbox?
1. Flexbox istifadə edərək yaratdığımız saytı responsive etmək daha asandır.
2. Flex quruluşu daha asandır
3. Günümüzdə bütün Browserlər tərəfindən dəstəklənir
Flexboxun İstifadə qaydası:
Flexboxda 2 əsas element vardır . İlki Container digəri isə İtemlər- elementlərdir.
Display
Display: flex təyin etməklə biz bu qutunu əsnək etmiş oluruq.
Flex direction
Flex direction itemlərin hansı formada (horizontal yada vertikal) düzüləcəyini təyin etmək üçün işlədilir və containerə tətbiq edilir
row
(default): soldan sağa standart düzülüşrow-reverse
:sağdan sola doğru düzülüşcolumn
: təpədən aşağıya doğru düzülüşcolumn-reverse
: aşağıdan təpəyə doğru düzülüş üçün istifadə edilir.
Flex-wrap
Flex-wrap elementləri sıra ilə düzdüyümüz zaman alt sətirə keçib keçməməsi üçün işlədilir. (containerə tətbiq edilir)
3 növü var
nowrap
(default): Bütün elementlər 1 sıradawrap
: flex elementləri bir neçə sıra şəklində düzülür.wrap-reverse
: flex elementləri bir neçə sıra şəklində əks istiqamətdə düzülür.
Justify-content
justify-content elementləri hansı forma ilə düzməyimizə kömək edir. (Containerə tətbiq edilir).
Align-items
Bu bizə elementlərin çarpaz istiqamət boyunca fərqli şəkillərdə sıralandığını göstərmək üçün işlədilir.(containerə tətbiq edilir)