Birinci addım: Komanda modul CSS-nin nə olduğunu və niyə yaxşı bir fikir olduğunu başa düşdüyünə əmin olun.Ona görədə bu video işinizə yarayar deyə düşünürəm . Əgər hərə öz istədiyi formada işə daxil olsa hər başdan bir səs çıxacaq. Bundan əlavə, SMACSS kitabını bütün komandanın oxumağını tövsiyə edirəm. Komanda üzvlərinin hamısı bir kitab oxumalı və bu barədə iclasa etməlidirlər.
İkinci addım: Modular CSS anladıqdan sonra komanda şəklində ortaq bir qərara gəlib komandanızın kod standartı ilə birləşdirməlisinzi. Bunu özünüz yaza bilərsiniz və ya başqa bir professional komandadan tövsiyə ala bilərsiniz. Bundan əlavə olaraq Harry Robert’s CSS Guidelines, və Hugo Giraudel’s Sass Guidelines. yazılarını oxumağınızı tövsiyə edirəm.
Kod standartına nümunə olaraq CSS Standards document for Tempest -i göstərə bilərəm. Bundan BEM naming convention və StyleLint default formatlama qaydaları nəzərdən keçirilməlidir.
Üçüncü addım pattern kitabxanasının yaradılmasıdır. Nümunələrinizin sənədləşdirilib mərkəzi bir yerə qoyulması iki səbəbə görə yaxşıdır: Birincisi, dizaynerlərinizin patterninizin artıq mövcud olduğunu görməyə və sualları təkrarlanmamağa kömək edir. İkincisi,developerlərinizə unikal səhifələrə qarşı təkrar istifadə edilə bilən modullar baxımından düşünməyə başlamasına kömək edir.
Ümumi Sass məsləhətlərinə gəldikdə:
- Extends-lər mənasızdır və bəlkə də təhlükəlidir. Bunun əvəzinə mixin istifadə edin.
- Hər şey üçün dəyişənlərdən istifadə edin.
- Dəyişənlərinizi asanlıqla tapılmaq üçün mərkəzi bir _variables.scss faylında saxlayın və komandaya Sassdakı dəyişənlərin qlobal olduğunu xatırlamağa kömək edin.
- Tətbiqinizə yalnız digər Sass hissələrin yüklənməsi üçün cavabdeh olan bir main.scss faylı daxil edin. Bu, komandanızı daha kiçik, daha geniş miqyaslı Sass faylları yazmağa təşviq etməyə kömək edir.
Bu olduqca geniş mövzudur lakin kiçik şəkildə izah etməyə çalışdım. Gerisi isə sizin araşdırmalarınıza dayanmalıdır.